Formula 1-in üçqat çempionu vəfat edib 

11:59 21.05.2019
Yazını böyüt
Yazını kiçilt

Formula 1-in üçqat avstraliyalı çempionu Niki Lauda vəfat edib.

Hafta.az-ın məlumatına görə, bununla bağlı xəbəri mərhumun ailə üzvləri deyib. Niki Laudanın 71 yaşı vardı. Doğmalarının dediyinə görə, o, "öz doğmaları arasında sülhlə yuxuya gedib".

Qeyd edək ki, 2018-ci ilin iyul ayında üçqat çempion pnevmoniya diaqnozu ilə Vyana klinikasına yerləşdirilib, daha sonra müəyyən olunub ki, Laudanın ağ ciyərləri ciddi şəkildə zədələnib. Avqust ayında Lauda ağ ciyərlərin transplantasiyası üzrə uğurlu əməliyyat keçirib.